Martın 31-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 m/s təşkil edir.
Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Aran rayonlarında 26, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.