Sidneyin şimal-qərbində qadın üç uşağına bıçaqla hücum edib.
AzEdu.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Yeni Cənubi Uels polisinin detektivi Naomi Mura istinadla məlumat yayıb.
Onun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Uşaqların atası Baulkham Hillsdəki evlərində qışqırıqlara oyanıb və qadının əlindən mətbəx bıçağını almağı bacarıb. Ehtimallara görə, o, uşaqlara bir neçə bıçaq xəsarəti yetirə bilib.
Hazırda 10 yaşlı oğlan, 13 və 16 yaşlı qızlar, həmçinin 46 yaşlı ananın vəziyyəti stabildir. Onlar xəstəxanaya çatdırılıb, orada həkimlər lazımi köməklik göstərirlər.
"Bu qadının hazırda müalicə olunmaq hüququ var və o danışa bilməyənə qədər onunla danışmaq niyyətində deyilik", - Mur deyib.