Azedu.az

Günəşdə güclü alışmalar olub

Xəbərlər

31 Mart 2025, 09:03
Günəşdə güclü alışmalar olub

Günəşdə yüksək dərəcəli güclü alışmalar qeydə alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

“Martın 30-da Moskva vaxtı ilə saat 00:38-də (Bakı vaxtı ilə 01:38) rentgen diapazonunda 33 dəqiqə davam edən M1.4 (S14E82) alışma qeydə alınıb”- məlumatda deyilir.

Mütəxəssislər həmçinin “M” sinifli dörd alışma (М1.4, М1.5, М1.6 и М1.9) qeydə alıblar.

Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox