Bakının Nəsimi rayonunda bir nəfərə məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.