Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb.
AzEdu.az xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib.
Bildirilib ki, Laçın rayonundan olan 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.