Azedu.az

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb

Xəbərlər

29 Mart 2025, 13:32
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb

Martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-10, gündüz 16-21 dərəcə isti olacaq. 

Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-də isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox