Azedu.az

Zəlzələdən sonra küçədə körpə dünyaya gəlib

Xəbərlər

29 Mart 2025, 11:57
Zəlzələdən sonra küçədə körpə dünyaya gəlib

Ötən gün Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib.

AzEdu.az-ın BBC-yə istinadən məlumatına görə, Taylandın Banqkok şəhərində zəlzələdən sonra xəstəxanalar evakuasiya edilib.

Lakin qısa müddət keçdikdən sonra bir qadın küçədə doğuş edib. Xəstəxana işçilərinin yardımı ilə onun oğlu dünyaya gəlib.

Körpənin dünyaya gəlmə videosu sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox