Azedu.az

Zəlzələdən sonra məktəblər bağlandı

28 Mart 2025, 15:05
Zəlzələdən sonra məktəblər bağlandı

Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:

“Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumət həmçinin növbəti 24 saat ərzində daha çox yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib”, - o qeyd edib.

Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamenti zəlzələnin ölkənin demək olar ki, bütün bölgələrində hiss edildiyini bildirib.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox