Azedu.az

Gəncədə ölən tələbə intihar edibmiş - TƏFƏRRÜAT

Xəbərlər

Tələbə və şagird

28 Mart 2025, 10:30
Gəncədə ölən tələbə intihar edibmiş - TƏFƏRRÜAT

Gəncədə 21 yaşlı qız intihar edib.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Nüşabə Məmmədova canına qəsd edib.

Onun intiharına səbəb kimi 2021-ci ildə atasının ölümündən psixoloji sarsıntı keçirməsi olub.

Məlumata görə, o, martın 26-da gecə saatlarında atasının qəbrinin yanında "Esens" məhlulu içib.

O, ağır vəziyyətdə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.

Onun Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir. Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.

 

 

09:29

Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədzadə vəfat edib.

AzEdu.az xəbər verir ki, 20 yaşlı gəncin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox