Azedu.az

Ata 17 yaşlı qızını bıçaqladı - YENİLƏNDİ

Xəbərlər

28 Mart 2025, 09:35
Ata 17 yaşlı qızını bıçaqladı - YENİLƏNDİ

Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.

AzEdu.az xəbər verir ki, Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

22:59

Goranboyda bıçaqlanma olub.

AzEdu.az unikal"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü (şərti adı G.C.) şəxsə ailə münaqişəsi zəminində atası 1979-cu il təvəllüdlü Rafiq Cəfərov tərəfindən bıçaqla xəsarət yetirilib. Xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox