Azedu.az

Bir qadın və üç uşaq güllələndi

Xəbərlər

27 Mart 2025, 13:17
Bir qadın və üç uşaq güllələndi

Floridada dəhşətli hadisə baş verib. Belə ki, bir qadın və üç uşaq güllələnib.

AzEdu.az-ın verdiyi məlumata görə, bu barədə CBS telekanalı xəbər verib.

Bildirilir ki, atışma Pembrok-Park şəhərində baş verib.

"Pembrok-Park polis əməkdaşları hadisə yerinə gəldikdə, orada bir qadını, bir körpəni və iki azyaşlını ölmüş vəziyyətdə aşkar ediblər", - deyə xəbərdə bildirilir.

Daha iki nəfər - bir kişi və 10 yaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda polis hadisəni araşdırır, yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox