Azedu.az

Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Xəbərlər

25 Mart 2025, 14:08
Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak etmək və tədbir çərçivəsində BAMF-ın yan tədbirini keçirmək məqsədilə təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında olub.

AzEdu.az-ın əldə etdiyi məlumata əsəasən, fonddan AZƏRTAC-a bildiriblər ki, BAMF-ın prezidenti Umud Mirzəyevin, Proqram departamentinin əməkdaşı Jon Ayomidenin və qurumun xüsusi nümayəndəsi Nik Nvolisanın iştirak etdikləri səfər çərçivəsində BMT rəsmiləri və Cenevrədə təmsil olunan QHT-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, “Münaqişə zonalarında uşaqların hüquqları” adlı yan tədbir BAMF-ın təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə martın 27-də keçiriləcək. Tədbirdə müasir dünyada münaqişələrin dağıdıcı təsirlərinə məruz qalan azyaşlıların, o cümlədən ötən əsrin 80-ci illərinin sonunda öz doğma torpaqlarından deportasiya olunan, Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox