Azedu.az

İtkin düşmüş yeniyetmələrdən ikisi tapılıb

Xəbərlər

24 Mart 2025, 12:40
İtkin düşmüş yeniyetmələrdən ikisi tapılıb

Bakıda bir həftə əvvəl itkin düşmüş yeniyetmələrdən ikisi tapılıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, itkin kimi axtarılan 3 yeniyetmə qızdan ikisi tapılaraq ailəsinə təhvil verilib.

Digər yeniyetmənin axtarışı davam edir.

Qeyd edək ki, sosial şəbəkədə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin martın 17-də itkin düşməsi ilə bağlı məlumat yayılıb. Onlarla bağlı axtarış elan edilib.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox