Gəncədə bıçaqlanma hadisəsi baş verib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.