Azedu.az

Sabah külək güclənəcək - PROQNOZ

Xəbərlər

23 Mart 2025, 12:30
Sabah külək güclənəcək - PROQNOZ

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, sabahın havası belə olacaq:

  • Hava şəraiti: Dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var. 
  • Külək: Mülayim cənub-qərb küləyi əsəcək, axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
  • Temperatur:
    • Gecə: 6-8° isti
    • Gündüz: 15-20°, bəzi yerlərdə 22° isti
  • Atmosfer təzyiqi: Normadan aşağı olub, 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək.
  • Nisbi rütubət:
    • Gecə: 70-80%
    • Gündüz: 50-55%

Martın 24-də Azərbaycanın rayonlarında hava proqnozu:

Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. 

  • Külək: Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
  • Temperatur:
    • Gecə: 3-8° isti
    • Gündüz: 13-18° isti
    • Dağlarda gecə: 3-8° şaxta
    • Dağlarda gündüz: 0-3° şaxta
Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox