Azedu.az

Halı pisləşən 3 yaşlı uşaq ölüb - YENİLƏNDİ

Xəbərlər

23 Mart 2025, 11:48
Halı pisləşən 3 yaşlı uşaq ölüb - YENİLƏNDİ

Dünən saat 14:20 radlələrində 2022-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib. 

AzEdu.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub. Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

08:54

Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.

AzEdu.az xəbər verir ki, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.

Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.

O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox