Azedu.az

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Xəbərlər

22 Mart 2025, 09:03
Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Bakıda Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi, Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi ilə birgə Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Novruz bayramı münasibətilə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Bakı, Abşeron və Sumqayıtda yaşayan görmə məhdudiyyətli 100-dək uşaq və onları müşayiət edən valideynlər iştirak ediblər.

Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev çıxış edərək həssas sosial qruplara, əlillərə, o cümlədən görmə məhdudiyyətli insanlara göstərilən dövlət qayğısı və onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, uşaqları Novruz bayramı münasibətilə təbrik edib.

Müxtəlif nağıl personajlarının çıxışı ilə şou proqram uşaqlar tərəfindən maraqla qarşılanıb. Bahar qızı, Keçəl və Kosa şən və rəngarəng nömrələri ilə iştirakçıları əyləndirib. Xüsusi oyunlar və yarışmalar da təşkil olunub. Uşaqlar həm əyləniblər, həm də oyun və yarışmalarda fəal iştirak ediblər.

İfa olunan musiqi nömrələri görmə məhdudiyyəti olan uşaqların və onların ailələrinin bayramını daha da şənləndirib, əyləncəli oyunların qaliblərinə hədiyyələr verilib. Təqdim edilən hədiyyələr müxtəlif təhsil və inkişafetdirici materiallar, həmçinin əyləncəli oyuncaq və texnoloji cihazlardan ibarət olub.

İştirakçılar bayramın mifoloji qəhrəmanları ilə birlikdə mütəlif əyləncəli oyunlarda iştirak edib, Novruz atributları ətrafında şəkil çəkdiriblər.

Onu da qeyd edək ki, martın 22-də Gəncədə, martın 23-də isə Lənkəranda daha 200 görmə məhdudiyyətli uşağın iştirakı ilə Novruz şənliyi keçiriləcək.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox