Azedu.az

Ana yaş yarımlıq körpəsini evdə günlərlə tək qoyub gedib-YENİLƏNİB

Xəbərlər

20 Mart 2025, 10:26
Ana yaş yarımlıq körpəsini evdə günlərlə tək qoyub gedib-YENİLƏNİB

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində körpənin üç gün evdə tək qalması ilə bağlı yeni təfərrüat məlum olub.

 

AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, ana sözügedən kənddə mənzillərin birində kirayə qalır, çətin xasiyyətli biridir.

 

Kənddə yerləşən kafelərin birində işləyən qadın hər gün səhər saat 11-12 radələrində işə gedir və övladını evdə tək qoyur. Gecə isə gec saatlarda evə gəlir.

 

Bildirilir ki, qadın körpəni ev sahibinin ümidinə qoyub gedir, o isə uşağa daim nəzarət edə bilmir.

 

 

23:36

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş evdə tək qalan körpə oğlan uşağı aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən evlərin birində valideyni tərəfindən tənha buraxılan körpə barədə məlumat daxil olub.

 

"Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib", - məlumatda bildirilib.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox