Azedu.az

Daha bir ölkədə məktəblərdə telefon QADAĞASI

Xəbərlər

Məktəblər

20 Mart 2025, 09:25
Daha bir ölkədə məktəblərdə telefon QADAĞASI

Avstriya 1 maydan etibarən 1-8-ci siniflərdə mobil telefonlara qadağa tətbiq edir.

AzEdu.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkənin yeni təhsil naziri Kristof Viderker bildirib.

"Qadağa dərs zamanı və dərs aralarında 8-ci sinif daxil olmaqla şagirdlər üçün tətbiq olunacaq", - o vurğulayıb.

Viderker qeyd edib ki, qərar ibtidai, orta, xüsusi məktəblər və gimnaziyalara şamil ediləcək.

Bununla belə, o əlavə edib ki, təhsil müəssisələri mobil telefonun tədris məqsədləri üçün istifadəsinin zəruri olduğu hallarda müəyyən istisnalar edə bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox