Azedu.az

Faktiki hava açıqlanıb

Xəbərlər

19 Mart 2025, 18:57
Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin AzEdu.az-a verilən məlumata əsasən martın 19-u saat 18:00-a olan ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

 

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Gəncədə 20 m/s, Goranboy və Şahdağda 19 m/s, Naftalanda 18 m/s, Tovuzda 16 m/s, Beyləqanda 15 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

 

Zaqatala, İmişli, Xaltan, Göygöl, Gədəbəy, Xaçmaz, Ceyrançöl, Mingəçevir, Yevlax, Daşkəsən, Naftalan, Sabirabad, Tərtər, Xınalıq, Goranboy, Qəbələ, Oğuz və Şəkidə fasilələrlə yağış yağır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox