Azedu.az

Bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT

Xəbərlər

17 Mart 2025, 10:58
Bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.

AzEdu.az-ın məlumatına görə, məlumatda qeyd edilib ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.

"Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir.
Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir.

Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır", - məlumatda bildirilib.

Ukraynanın Kursk əməliyyatı - Ruslar darmadağın edildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox