Azedu.az

Bu ölkələrdə doğum sayı azalıb

Xəbərlər

16 Mart 2025, 11:06
Bu ölkələrdə doğum sayı azalıb

Martın 22-də Tokioda Yaponiya, Çin və Cənubi Koreya xarici işlər nazirlərinin görüşü olacaq.

AzEdu.az Yaponoya mediasına istinadla xəbər verir ki, İvaya Takeşi (Yaponiya), Van İ (Çin) və Ço Te Yol (Cənubi Koreya) iqtisadi əməkdaşlıq, xalqlar arasında təmas məsələləri ilə yanaşı, doğum səviyyəsinin azalması da daxil olmaqla hər 3 ölkəni narahat edən demoqrafik problemlərlə mübarizə məsələsini də müzakirə edəcəklər. Görüşdə il ərzində 3 ölkənin liderinin görüşünün təşkili məsələsi də gündəmdə olacaq. Bu, 2019-cu ildə Pekindəki toplantından sonra 3 ölkənin xarici işlər nazirinin ilk görüşü olacaq.

Diplomatik mənbənin məlumatına əsasən, nazirlərin üçtərəfli görüşü ilə yanaşı, Yaponiya və Çin xarici siyasət idarələri rəhbərlərinin görüşü, habelə iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli iqtisadi dialoqun təşkili üçün də hazırlıq görülür.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox