Bir həftəlik Novruz tətilinin ardınca bu gün orta məktəblərdə ilk dərs günü başlayıb.
AzEDU Sumqayıt şəhər 33 və 34 saylı tam orta məktəblərində ilk dərs gününün ab-havasının əyani şahidi olub.
Aydındır ki, şagirdlər tətildən yenicə qayıtdıqları üçün dərsə adaptasiya olmaqda çətinlik çəkirdilər.
Buna baxmayaraq, onlar dərsə hazırlıqlı gəlmişdilər. Şagirdlər müxtəlif şeirlər oxuyub, daha sonra riyazi məsələlər həll ediblər.
Həmin məktəblərdən hazırlanmış fotoreportajı təqdim edirik.