Azedu.az

FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum oldu - VİDEO

Xəbərlər

13 Mart 2025, 10:20
FHN-i çağırdılar, 12 yaşlı uşağın yatdığı məlum oldu - VİDEO

Bakıda Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

AzEdu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə eyvanın dəmir barmaqlıqlarını kəsərək daxil olub və evdə yatmış vəziyyətdə aşkarlanmış 2013-cü il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox