Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universiteti (TOBB ETÜ) Azərbaycan vətəndaşları üçün kvant kompüter mühəndisliyi sahəsi üzrə 2025-2026-cı tədris ilində doktorantura üzrə təqaüd proqramına qəbul elan edir.
AzEdu.az xəbər verir ki, proqramda iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri 1 aprel 2025-ci il tarixinədək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ([email protected]) təqdim etməlidirlər.
Təqaüd proqramı ilə bağlı əlavə məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz.