Azedu.az

Ana və 3 uşağı dəm qazından zəhərləndilər

11 Mart 2025, 00:22
Ana və 3 uşağı dəm qazından zəhərləndilər

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

 

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

 

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox