Azedu.az

“Tarixdə bu gün” - Milli Teatr Günüdür

10 Mart 2025, 09:00
“Tarixdə bu gün” - Milli Teatr Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

10 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

10 Mart Milli Teatr Günüdür:

 

Maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu.

 

Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

 

10 mart 2006-cı ildə Beynəlxalq Böyrək Fondunun və Amerika Nefroloji Assosiasiyasının təşəbbüsü ilə Dünya Böyrək Günü təsis olunub:

 

Bu gün hər il mart ayının ikinci cümə axşamı qeyd olunur. Builki Dünya Böyrək Günü "Uşaqlar və böyrək xəstəlikləri. Böyrək xəstəliklərinin yayılma dərəcəsini azaltmaq üçün tez hərəkətə keçin" devizi altında keçirilir.

 

10 mart 1920-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib:

 

Cəmiyyət general-leytenant Əliağa Şıxlinskinin və Fətəli xan Xoyskinin təşəbbüsləri əsasında yaradılıb.

 

10 mart 1878-ci ildə böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə Tiflisdə vəfat edib:

 

Yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, “Aldanmış kəvakib” povesti ilə milli realist nəsrin təməlini qoyub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox