Azedu.az

Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi

9 Mart 2025, 09:58
Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi

Türkiyəli məşqçi Fatih Terimin nəvələri ulduz futbolçu Kriştianu Ronaldu ilə görüşüblər.

AzEdu.az "Haber Global" telekanalına istinadla xəbər verir ki, portuqaliyalı ulduz hücumçu bununla məşhur məşqçinin nəvələrinin xəyallarını gerçəkləşdirib.

K.Ronaldu uşaqlar ilə söhbətləşərək, onlarla fotoşəkil çəkdirib.

Xatırladaq ki, ötən gün F.Terimin baş məşqçisi olduğu "Əş-Şabab" K.Ronaldunun şərəfini qoruduğu "Ən-Nasr" ilə qarşılaşıb və matç 2:2 hesabı ilə yekunlaşıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox