İmişli rayonunda dəm qazından zəhərlənən bir ailənin üç üzvü ölüb.
AzEdu.az xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. Hadisə zamanı ana və iki azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.
Zəhərlənməyə məruz qalan 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.