Azedu.az

UNEC kollektivi şəhid analarını ziyarət etdi

Xəbərlər

8 Mart 2025, 16:32
UNEC kollektivi şəhid analarını ziyarət etdi

UNEC kollektivi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid olmuş məzun və tələbələrinin analarını ziyarət edib.

AzEdu.az xəbər verir ki, fakültə dekanları, əməkdaşlar və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Bakı və ətraf ərazilərdən olan şəhid məzunlarımızın analarına baş çəkərək, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

UNEC kollektivi ailə dəyərlərimizin yaşadılmasında, gənc nəslin Vətənə, torpağa məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının əvəzsiz rolundan danışıblar. Qəhrəman analarımızın yetişdirdikləri övladların, mərd oğullarımızın rəşadəti sayəsində xalqımızın Zəfər tarixini yazdığını vurğulayıblar.

Bundan başqa, UNEC rektoru, professor Ədalət Muradov universitetin şəhid olmuş tələbə və məzunlarının analarına təbrik mesajı göndərib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox