Azedu.az

Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb

Xəbərlər

8 Mart 2025, 08:48
Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb. Bu gün çempionatda 11-ci turun oyunları keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox