AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
7 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
7 mart dünyada ilk telefonun yarandığı gündür:
Onun ixtiraçısı isə Aleksandr Qrehemdir. İlk telefon stansiyası Konnektikutda istifadəyə verilməyə başladı. Aleksandr telefonda salamlamaq üçün alman dənizçilərinin leksikonundakı "Ahoy" sözündən istifadəni təklif edib. Sonra isə Tomas Edison ənənəvi "Hello" ("Salam") sözünü təklif edir. Bu söz formasını dəyişərək, dilimizə "Alo" kimi daxil olub. Dünyanın ilk "telefonçu qadınlar"ı Emma və Stella Natt bacıları oldu.
7 mart Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin xatirə günüdür:
Aşıq Ələsgər 105 yaşında vəfat edib.
7 mart 1988-ci ildə tanınmış jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti Nəsir İmanquliyevin anım günüdür.
1917-ci ilin bu günü musiqi tarixinin ilk caz valı ABŞ-da satışa çıxarılıb.