Bakı metrosunun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Bu barədə AzEdu.az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.
Nasazlıq səbəbilə sərnişinlər qatardan düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bunun əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
Qurum yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.