Samuxun ÇobanAbdallı kənd tam orta məktəbinin şagirdi 13 yaşlı Arzu Qədimov bir fotosu ilə sosial şəbəkələrdə gündəm olub.
AzEdu.az İctimai TV-yə istinadən xəbər verir ki, kənddə yaşayan uşaqlar dərsləri ilə yanaşı, təsərrüfatda da ailələrinə kömək olurlar. Onlardan biri də Arzu Qədimovdur.
O, ötən il Lütfi-zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon birincisi olub.
Arzunun valideynləri işlədiyi üçün ona nənəsi baxır. Nənəsi Səadət Nuriyevanın sözlərinə görə, uşağın valideynləri işdə olduğuna görə, həmişə yük Arzunun boynunda olur.
13 yaşlı Arzu dərsdən sonra həyətdə iş görür, heyvanları yemləyir. O, bu işlərdən yorulmadığını, əksinə təbiətdə vaxt keçirməkdən xüsusi zövq aldığını deyir. İşlərini bitirdikdən sonra isə açıq havada dərslərini oxuyur.
Elə sosial şəbəkələrdə yayılan həmin foto da dərslərini hazırlayərkən çəkilib. Arzu açıq havada dərs oxumağın ona müsbət təsir etdiyini bildirib.Məktəblinin ən böyük arzusu isə böyüyəndə həkim olmaqdır.