Azedu.az

Dörd uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib

Xəbərlər

6 Mart 2025, 12:33
Dörd uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idman dırmanma zalında keçirilən turniri qurumun idmançılarından ibarət hakimlər qrupu idarə edib.

Yarışda oğlanlar arasında birinci yeri 2 saylı uşaq evi (Bakı), ikinci yeri 1 saylı uşaq evi (Bakı), üçüncü yeri Gəncə şəhər uşaq evi tutub.

Qızlar arasında isə 1 saylı uşaq evi (Bakı) birinci, 2 saylı uşaq evi (Bakı) ikinci, Gəncə şəhər uşaq evi üçüncü olub.

Turnirin sonunda qaliblər mükafatlandırılıb.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox