AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
6 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
6 mart Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür:
Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.
Gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biridir. Bu xəstəliyə el arasında “qara su” xəstəliyi də deyirlər. Xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır.
6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür:
M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb
6 mart 1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin təsnifatını verən ilk dövri cədvəli açıqlayıb.
6 mart 1902-ci ildə FİFA tərəfindən “20-ci əsrin ən yaxşı futbol komandası” kimi dəyərləndirilən Real Madrid Futbol Klubu yaradılıb.
6 mart 1946-cı ildə tarixində ilk elektron kompüter "Eniac" ABŞ-də istifadəyə verilib.