Azedu.az

Rəsulzadənin vəfatından 70 il ötür

Xəbərlər

6 Mart 2025, 00:35
Rəsulzadənin vəfatından 70 il ötür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 70 il ötür.

 

AzEdu.az xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

 

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət etmiş Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat partiyasına üzv qəbul edilib və 4 il sonra “Müsavat” partiyası mərkəzi komitəsinin sədri seçilib.

 

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-i bolşevik işğalından sonra həbs edilib. Daha sonra Stalinin göstərişi ilə Məhəmməd Əmin Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

 

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

TƏCİLİ! Sərhədimizdə gərginlik - Müharibə başlayır?
Son xəbərlərDaha çox