Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı (Science for Peace and Security-SPS) çərçivəsində “Dəniz limanlarının təhlükəsizliyi qabiliyyətlərinin möhkəmləndirilməsi” adlı qrant layihəsinin qalibi olub.
AzEdu.az xəbər verir ki, layihə Bolqarıstan Respublikasının N.Vaptsarov adına Hərbi Dənizçilik Akademiyası və NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı ilə birgə yerinə yetiriləcək.