Azedu.az

Sabah hava stabil keçəcək

Xəbərlər

5 Mart 2025, 12:54
Sabah hava stabil keçəcək

Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox