Azedu.az

Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir

Xəbərlər

4 Mart 2025, 13:00
Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir

Azərbaycan və Qazaxıstan təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməlidir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair dəyirmi masada bildirib.

"Bizim və Qazaxıstan universitetləri üçün uzunmüddətli əməkdaşlıq, bilik mübadiləsi vacibdir", - o qeyd edib.

E.Əmrullayev bildirib ki, bu gün çox sayda sənəd imzalanacaq. Nazir, universitetləri əməkdaşlığa çağırıb: "Hesab edirəm ki, bu məsələdə bizim baxışlarımız qazaxıstanlı həmkarlarımızın mövqeyi ilə üst-üstə düşür. Əməkdaşlıq və kooperasiya ölkələrimizin xeyrinə olacaq".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox