Azedu.az

“BilBacar” müsabiqəsinin fevral ayı üzrə yarış mərhələsinə start verilib

Xəbərlər

4 Mart 2025, 12:46
“BilBacar” müsabiqəsinin fevral ayı üzrə yarış mərhələsinə start verilib

4 martdan etibarən BilBacar müsabiqəsinin hazırlıq mərhələsinə başlanılıb. 

AzEdu.az xəbər verir ki, qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla hazırlıq bölməsi üzrə sualları cavablandıra bilər.

Qeyd edək ki, hazırlıq mərhələsi iştirakçıların yarış mərhələsinə hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilər. Hazırlıq bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. Bu mərhələdə tapşırıqlar 1 ay müddətində açıq olacaq.

BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox