Azedu.az

“Tarixdə bu gün” - Piylənmə ilə Mübarizə Günüdür

4 Mart 2025, 09:00
“Tarixdə bu gün” - Piylənmə ilə Mübarizə Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

4 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

4 mart 1877-ci ildə Amerikalı ixtiraçı Emil Berliner mikrofonu kəşf edib.

 

4 mart 1971-ci ildə Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə ilk dəfə xəstəyə böyrək köçürülüb:

 

Bu hadisə nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk böyrəkköçürmə əməliyyatı kimi tarixə düşüb.

 

4 mart 1924-cü ildə “Happy Birthday to You” mahnısı ilk dəfə Kleyton F.Summi tərəfindən yayıldı:

 

Artıq “Happy Birthday to You" müxtəlif dillərdə ad günləri mərasimlərində oxunan ümumi mahnıya çevrilib.

 

4 mart Azərbaycan milyonçusu, sahibkar Musa Nağıyevin xatirə günüdür:

 

 M.Nağıyevin Abşeronda 30-dan çox neft mədəni var idi. Bakıda bir çox memarlıq abidəsi, o cümlədən, oğlunun xatirəsinə “İsmailiyyə” adlandırdığı indiki Elmlər Akademiyası Rəyasət Heyətinin və İncəcənət Muzeyinin Monumental binalarını o tikdirib. Neft milyonçusu Musa Nağıyev 1919-cu ilin bu günü 77 yaşında həyatdan köçüb.

 

4 mart Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür:

 

Ümumdünya Piylənmə Federasiyasının təşəbbüsü ilə hər il martın 4-ü Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunur.

 

Piylənmə ilə mübarizənin məqsədi yalnız xarici görünüşün yaxşılaşdırılması deyil, həm də ürək-damar, reproduktiv sistem və xərçəng xəstəliklərinin, eləcə də depressiya və qadınlarda sonsuzluğun qarşısının alınmasından ibarətdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox