Azedu.az

Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib

3 Mart 2025, 10:33
Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib.

FHN Mətbuat xidmətindən AzEdu.az-a verilən məlumat görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 45 nəfər təxliyə edilib.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox