Azedu.az

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Xəbərlər

2 Mart 2025, 15:28
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Moskvada DƏHŞƏT - Silahlar işə düşdü - Yaralılar var
Son xəbərlərDaha çox