Azedu.az

Müəllimlərin sertifikasiyasında dəyişikliklər ola bilər 

28 Fevral 2025, 21:14
Müəllimlərin sertifikasiyasında dəyişikliklər ola bilər 

“Hazırda sertifikatlaşdırmanın birinci dövrüdür. Bütün müəllimlər bu prosesə cəlb olunduqdan sonra hansısa formada dəyişikliklər ola bilər. Amma bütün fənn müəllimləri metodik və pedaqoji cəhətdən eyni meyarlar əsasında sertifikatlaşdırmadan keçəcəklər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı danışarkən deyib.  

 

O bildirib ki, sertifikatlaşdırmanın ilkin mərhələsi başa çatandan sonra hökumət hansısa yeniliklərlə bağlı qərarlar verə bilər.

 

N.Mehdiyeva deyib ki, əvvəl olduğu kimi, yenə də sertifikatlaşdırma öncəsi müəllimlər üçün sınaq imtahanları təşkil ediləcək.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox