Azedu.az

Yazıçının itkin düşən oğlu tapıldı - YENİLƏNİB

Xəbərlər

1 Mart 2025, 08:45
Yazıçının itkin düşən oğlu tapıldı - YENİLƏNİB

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə yazıçı sosial mediada məlumat yayıb.

O, oğlunun harda tapılması barədə açıqlama verməyib.

 

 

 

19:45

Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.

AzEdu.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur. Görənlərdən xahiş edirəm, məlumat versin. Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox