İranşəhr şəhərində polisin avtomobilə atəş açması nəticəsində beş yaşlı uşaq ölüb, onun hamilə anası da güllələnib.
AzEdu.az "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranda etnik bəlucların vəziyyətini işıqlandıran KİV məlumat verib.
Mövcud məlumata görə, beş güllə yarası alan azyaşlı xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sistan və Bəlucistan əyalətinin polis idarəsinin komandiri Məhəmməd Rza İsaqi silahlı hücumun "naməlum şəxslər" tərəfindən həyata keçirildiyini və hadisənin araşdırıldığını bildirib.
Xəstəxanada ölən uşağın yaxınları qeyd ediblər ki, onu İsrail yox, İran qüvvələri öldürüb.