Azedu.az

ADNSU-nun tələbələrinə kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Xəbərlər

Universitetlər

28 Fevral 2025, 15:18
ADNSU-nun tələbələrinə kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin Beyin Mərkəzi layihəsi ilə əməkdaşlıq çərçivəsində SABAH qruplarının tələbələrinə təlim keçirilib. 

AzEdu.az xəbər verir ki, “APT attack simulation: How does Stuxnet attack started?” mövzusuna həsr olunmuş təlim tələbələrə real texniki laboratoriya şəraitində hücum simulyasiyaları ilə məşğul olaraq kibertəhlükələrin məzmununu öyrənməyə və onlara qarşı mübarizə strategiyalarını mənimsəməyə imkan yaradıb. 

Qeyd edək ki, bu tip praktiki təlimlərin mahiyyəti gənclərin texnologiya sahəsində biliklərini artıraraq kibermühitin dinamikasına dərindən bələd olmalarına imkan yaradır. 

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox