Azedu.az

Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır

28 Fevral 2025, 14:34
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır

Almaniyanın Təhsil və Tədqiqatlar Federal Nazirliyi (BMBF) Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi, eləcə də bu ölkənin digər qurumları ilə əməkdaşlığı dayandırır.

AzEdu.az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Açıqlamada bütün bunlara baxmayaraq, iki ölkə arasında tələbə mübadiləsinin davam edəcəyi bildirilib.

Eyni zamanda layihələr və fərdi maliyyələşdirmənin də davam edəcəyi qeyd olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox