AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
28 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
28 fevral Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günüdür:
Bu günün məqsədi ictimaiyyətin diqqətini nadir xəstəliklərin öyrənilməsinə, bu xəstəliklər haqqında məlumatın və biliklərin artırılmasına yönəltmək və bu xəstəliklərin insanların həyatına təsirini araşdırmaqdır. Nadir xəstəliklərə tutulanların əksəriyyəti düzgün diaqnostikanın mümkünsüzlüyündən, diaqnozun gec qoyulmasından, keyfiyyətli tibbi yardımın olmamasından, qulluq və müalicənin çətinliyindən əziyyət çəkirlər. Dünya üzrə 5-7 min insan həyatı üçün təhlükəli olan nadir xəstəlik var. Bunların sırasında ən ekzotik xəstəlik olan Kabuki sindromu, proqressivləşən sümük heteroplaziyası, Niman-Pik xəstəliyi, Qoşe xəstəliyi, mukovisidoz, xərçəngin nadir formaları, Hentinqton və s. xəstəliklər var.
28 fevral 1988-ci ildə ermənilər Sumqayıt şəhərində böyük iğtişaşlar törədib:
Hadisə nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs iki dəfə məhkum olmuş erməni Eduard Qriqoryan idi. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnsə də, şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
28 fevral 1940-cı ildə dünyada ilk dəfə televiziyadan birbaşa translyasiya oldu.
28 fevral 1912-ci ildə Azərbaycanda riyaziyyat elminin banilərindən olan, akademik İbrahim İbrahimov anadan olub:
Onun tədqiqatları riyaziyyatın funksional nəzəriyyəsilə bağlıdır. Görkəmli alimin bir çox elmi əsəri dünyanın müxtəlif ölkələrində çap olunub. Ali məktəblər üçün yazdığı “Ədədlər nəzəriyyəsi”, “Sıralar nəzəriyyəsinin əsasları”, “Riyazi analiz kursu” dərslikləri İbrahim İbrahimovun Azərbaycan elmi, pedoqoji kollektivinə qiymətli töfhələrdi.